Dağlıq Qarabağ münaqişəsi KTMT-nin sıfırlaşdırılması üçün potensial tətik mexanizmidir. Rusiyalı politoloq Mixail Remizov belə hesab edir.
“Təhdidlər prizmasından postsovet məkanına nəzər yetirsək, görərik ki, onlar Mərkəzi Asiya, Qarabağ və Dnestryanıda belə mövcuddur. Bu, əvvəl olduğu kimi, siyasi nöqteyi-nəzərdən qaynar geosiya nöqtələrdir, burada münaqişənin gərginləşməsi mümkündür ki, bu Rusiya üçün çətin proqnozlaşdırılan nəticələr yarada bilər”, - Remizov ukraina.ru nəşrinə müsahibəsində bildirib.
Onun rəyinə görə, “Qarabağ - KTMT-nin sıfırlaşdırılması üçün potensial tətik mexanizmidir".
“Hərbi münaqişənin gərginləşdiyini təsəvvür etsək, o zaman Rusiya seçim qarşısında olacaq – KTMT-nin üzvü kimi Ermənistanı dəstəkləsin, yoxsa Azərbaycanın tərəfinə keçsin. Əgər Ermənistanı dəstəkləməsə, bu təşkilatın nüfuzunu azaldır, onun mahiyyətini sual altına qoyur. Dəstəkləsə, o zaman KTMT-nin digər üzvləri, öncə Belarus və Qazaxıstan Rusiyaya qarşı mənfi mövqe tutacaq”, - ekspert fikirləri ilə bölüşür.
“İstənilən halda bu, ən mühüm inteqrasiya birliyi üçün böhrandır. Azərbaycanın diplomatiyası və sağlam düşüncəsi buna imkan vermir”, - Remizov əlavə edib. **
A.Əzizov