Milli Məclis bu gün keçirilən plenar iclasda “Məhkəmələr və hakimlər haqqında” qanununda ayrıca kommersiya məhkəmələrin yaradılmasını nəzərdə tutan dəyişiklikləri III oxunuşda qəbul edib.
Qanunda dəyişikliyə əsasən, inzibati-iqtisadi məhkəmələr anlayışı ləğv olunur.
Dəyişikliklər inzibati məhkəmələrin saxlanması və ayrıca kommersiya məhkəmələrin yaradılmasını nəzərdə tutur.
Kommersiya məhkəmələri birinci instansiya məhkəmələr hesab olunacaq və sədr və hakimlərdən ibarət oalcaq. Əgər hakimlərin sayı 12 nəfəri keçərsə, o zaman kommersiya məhkəməsi sədrinin müavini vəzifəsi təsis olunur.
Bundan əlavə, bu gün Azərbaycan parlamenti Vergi Məcəlləsinə dəyişiklikləri birinci oxunuşda qəbul edib. Həmin dəyişikliklərə əsasən, Azərbaycanda hakimlərə bütün kompensasiya ödənişləri mənfəət vergisindən azad olunacaq.
O cümlədən, parlament hakimlərin vəzifə maaşlarının dəyişməsini nəzərdə tutan dəyişikliklər paketini ikinci oxunuşda qəbul edib. Belə ki, dəyişikliklərə əsasən, hakimlərə vəzifə maaşından əlavə aylıq əmək haqqı miqdarında əlavə əlavə aylıq pul təminatı alacaqlar. O cümlədən, Azərbaycanda səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25%-i miqdarında vergidən azad olunan aylıq pul təminatı veriləcək.
Bundan əlavə, dəyişikliklərə əsasən, Ali Məhkəmə hakiminin aylıq vəzifə maaşı Milli Məclisin sədrinin aylıq vəzifə maaşına uyğunlaşdırılır.
Parlamant Vergilər Məccəlləsinə dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Dəyişikliklərə əsasən, hakimlərə kompensasiya ödənişləri gəlir vergisindən azad ediləcək. Hazırda hakimlərə verilən kompensasiyanın bir hissəsinə gəlir vergisi tətbiq olunur. Yalnız hakimlərə öz səlahiyyətlərinin icrası ilə bağlı xərclərin ödənilməsi üçün verilən aylıq pul təminatı istisna təşkil edir.
Azərbaycan prezidenti İlham Əliyev 2019-cu il aprelin 3-də Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmə yaradılacaq.
Həmçinin fərmanda bildirilir ki, hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması labüddür.
Bundan əlavə, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması tapşırılıb.
Bu islahatlar çərçivəsində Azərbaycanda hakimlərin sayının 200 nəfər – 800-ə qədər artacağı nəzərdə tutulur. **
Ə.Məmmədov