Azərbaycanda xarici ölkələrin səfirliklərinə və konsulluqlarına vizanın rəsmiləşdirilməsi üçün notanın verilməsinə görə dövlət rüsumunun ləğv olunması təklif edilir.
“İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin verdiyi məlumata görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında" qanunda edilmiş dəyişiklikdə nəzərdə tutulub.
Hazırda bu rüsum 4 manatdır.*
Ə.Məmmədov