Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən cənub bölgəsində "KamAZ" markalı yüş maşını ilə “Mercedes Vito” markalı mikroavtobusun toqquşması nəticəsində 8 nəfərin həlak olması ilə bağlı “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanılıb.
“Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Faktla bağlı müvafiq istintaq hərəkətləri davam edir”, - “İnterfaks-Azərbaycan”a hüquq-mühafizə orqanlarından məlumat verilir.
Agentliyin həmsöhbəti bildirib ki, hadisənin təfərrüatlarının aydınlaşdırılması məqsədilə mikroavtobus və yük maşının sürücüləri saxlanılıb.
Yol-nəqliyyat hadisəsi səhər saat 7:00 radələrində Ələt-Astara yolunun 135-ci kilometrliyində baş verib. Bakıdan Lerikə sərnişinləri toyaaparan iki miikroavtobusdan biri yük maşını ilə toqquşub. Nəqliyyat vasitələri eyni istiqamətdə hərəkət ediи. Qəza nəticəsində həmçinin iki nəfərə xəsarət alıb, onlardan biri ağır xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib. **
F.İsazadə