Gürcüstanla hava əlaqəsi, həmçinin turpaketlərin satışı dayandırıldıqdan sonra yerdəyişmə ilə biletlərin qiyməti təqribən 13% artıb. Bu barədə “Biletix”in baş direktoru İqor Konstantinov bu gün jurnalistlərə deyib.
“Gürcüstanla hava əlaqəsinin dayandırılması ilə əlaqədar aviadaşımaların qiymətində artım müşahidə edirik. Uçuşun qiyməti orta hesabla 13% artıb. Ətraflı nəzər yetirsək, bəzi aviaşirkətlərdə biletlərin qiyməti 30%-dək artıb. Fikrimizcə, bu aviareyslərin sayının azalması ilə bağlıdır. Yəni, say azaldıqca, qiymət artır”, - o bildirib.
“Aviasales” şirkətinin PR direktoru Yanis Dzenis qeyd edib ki, hava əlaqəsinin dayandırılması fonunda üst-üstə düşən reyslərdə Gürcüstana bronlaşdırılan biletlərin sayında artım müşahidə olunmur. “Hazirda ölkəyə yerdəyişmə ilə yalnız sadiq fanatlar, həmçinin Gürcüstan vətəndaşları səfər edəcəklər”, - o bildirib.
Dzenis əlavə edib ki, “Aviasales”in ekspertləri Gürcüstan əvəzində rusiyalıların Azərbaycan və Ermənistana uçuşlar həyata keçirəcəyini proqnozlaşdırırdılar. “Biz gözləyirdik ki, rusiyalılar Azərbaycan və Ermənistana istiqamətlənəcəklər, lakin hələlik turistlər alternativ istirahət növü kimi həmin ökələrdən istifadə etməyiblər”, - o söz açıb. **