Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq yalnız siyasi yolla həll oluna bilər. Bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk deyib.
“Aİ Azərvaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyir. Regionda sabitlik barədə söz açarkən, biz həmçinin həll olunmayan Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Hərbi yolla həll yoxdur, yalnız beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq sadəcə siyasi nizamlanma yolu var. Aİ Minsk qrpunun həmsədrlərinin səylərini və Helsinki Yekun Aktının prinsiplərinə əsaslanan ədalətli və davamlı nizamlanma istiqamətlərini tam dəstəkləyir“, - Tusk Azərbaycan prezidenti İlham Əliyevlə danışıqların yekununda bildirib.
Onun sözlərinə görə, Brüssel gərginliyin ümumi azalmasını dəyərləndirir. “Lakin həmsədrlər kimi biz də təmas xəttində bu yaxınlarda qurbanların olmasından narahatıq. Sülh və produktiv danışıqlar üçün səmərəli mühtin bərpasına imkan yaradan tədbirlərlə yanaşı təmkinli olmaq vacibdir. Aİ dəstəklənmə üzrə fəaliyyəti artıq dəstəkləyir və əhalıinin sülhə hazırlanması üzrə konkret tədbirlərə imkan yaratmağa hazırdır”, - Tusk əlavə edib. **
F.İsazadə