Prezident İlham Əliyev gələcəkdə Azərbaycanla Avropa İttifaqı arasında uğurlu əməkdaşlıqda əmindir.
“Əminəm ki, gələcək illərdə tərəfdaşlığımızı müsbət məcrada davam etdirəcəyik. Bu, Azərbaycanın maraqlarına xidmət edir”, - Əliyev bu gün Bakıda Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüş zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Tuskun Azərbaycana son səfərindən sonra (2015-ci ildə - İF) Bakı ilə Brüssel arasında münasibətlər uğurla inkişaf edir. “Tərəfdaşlığımızı yeni səviyyəyə çatdıra bildik. Əminəm ki, bu səfər uğurlu olacaq və gündəlikdə duran məsələləri müzakirə edəcəyik, Aİ ilə Azərbaycan arasında gələcək əməkdaşlığı planlaşdıracağıq”, - Əliyev vurğulayıb.
Azərbaycan prezidenti Bakı və Brüsselin reallaşdırdığı bütün layihələrin müsbət nəticələr verəcəyinə əminlik ifadə edib.
Öz növbəsində, Tusk qeyd edib ki, bu “yəqin ki, Avropa İttifaqı Şurasının prezidenti qismində Bakıya son səfəridir və Azərbaycan prezidentinin qonağı olmaq böyük zövqdür”.
“Avropada niyyətim sizin ölkə ilə yaxşı münasibətlərin olmasının vacibliyini vurğulamaqdır. Mənim ismarıcım aydındır. Siz hər zaman konstruktivsiniz, bu səbəbdən bizim bütün görüşlərimiz hər zaman səmərəli keçir”, - Tusk bəyan edib. **
F.İsazadə