Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən cənub bölgəsində "KamAZ" markalı yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobusun toqquşması nəticəsində 8 nəfərin həlak olması ilə bağlı cinayət işində şübhəli şəxs qismində Nizami Mustafayev həbs olunub.
DİN və Baş Prokurorluğun birgə bəyanatında qeyd olunur ki, Mustafayev Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə həbs olunub.
“İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilib, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. Aparılmış istintaqla hadisənin N.Mustafayev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub”, - bəyanatda vurğulanır.
Cuinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Yol-nəqliyyat hadisəsi səhər saat 7:00 radələrində Ələt-Astara yolunun 135-ci kilometrliyində baş verib. Bakıdan Lerikə sərnişinləri toyaaparan iki miikroavtobusdan biri yük maşını ilə toqquşub. Nəqliyyat vasitələri eyni istiqamətdə hərəkət ediи. Qəza nəticəsində həmçinin iki nəfərə xəsarət alıb, onlardan biri ağır xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib. **
F.İsazadə