Prezident İlham Əliyev xarici işlər naziri Elmar Məmmədyarovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
E.Məmmədyarov Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə təltif edilib.
Bundan başqa, xarici işlər nazirinin müavinləri Araz Əzimov, Mahmud Məmməd-Quliyev, Hafiz Paşayev, Nadir Hüseynov, Ramiz Həsənov, Xələf Xələfov və diplomatik xidmət orqanlarının digər əməkdaşları 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.
Ümumilikdə XİN-in 100-dən çox əməkdaşı orden və medallarla təltif edilib, daha 21 əməkdaşa isə fövqəladə və səlahiyyətli səfir və birinci və ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri verilib.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
Xatırladaq ki, iyulun 9-da Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi qeyd olunur.*
F.İsazadə