2018-ci ildə Azərbaycanda bələdiyyə orqanlarının büdcə gəlirləri 35 mln. 973,7 min manat təşkil edib, bu da 2017-ci ilin göstəricisindən 0,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
Hesabat dövründə bələdiyyələrin vergi gəlirləri 13 mln. 932,9 min manat olub (azalma 4,7%), bu da ümumi gəlirlərin 38,7%-ni təşkil edir. Xüsusilə, torpaq vergisi üzrə daxilolmalar 5 mln. 680,7 min manat (azalma 12,2%), əmlak vergisi üzrə - 7 mln. 783,3 min manat (artım 0,3%), hasilat vergisi üzrə - 466 min manat (artım 18,3%), mənfəət vergisi üzrə - 2,9 min manat (artım 4,8%)təşkil edib.
Ötən il bələdiyyə əmlakı və topraqlarının icarəyə verilməsindən bələdiyyə orqanlarının gəlirləri 13 mln. 486,9 min manat olub (artım 12,7%), bu da ümumi gəlirlərin 37,5%-ni təşkil edib.
Hesabat ili ərzində bələdiyyə orqanlarının xərcləri 35 mln. 995,9 min manat olub, bu da 2017-ci ilin göstəricisindən 0,8% çoxdur. Xərclərin yarısından çoxu – 20 mln. 772,4 min manatı (azalma 15%) yerli idarəetmə orqanlarının saxlanılması, daha 7 mln. 764,2 min manatı (artım 8,6%) – mənzil-kommunal xərclərin payına düşüb.
Beləliklə, 2018-ci ildə bələdiyyələrin xərcləri gəliri 22,2 min manat ötüb.
Azərbaycan ərazisində ümumilikdə 1,606 min bələdiyyə fəaliyyət göstərir.
Gəlirlərin əksər hissəsi Bakı bələdiyyələrinin – 9 mln. 729,6 min manat (dəyişməyib), Aran iqtisadi rayonu – 5 mln. 531,1 min manat (azalma 3,4%), Gəncə-Qazax iqtisadi rayonu – 5 mln. 153,5 min manat (artım 24,3%) və Şəki-Zaqatala iqtisadi rayonunun – 4 mln. 789,1 min manat payına düşüb (artım 8%). **
Ə.Məmmədov