Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Rusiya müdafiə nazirinin birinci müavini Valeri Gerasimov Bakı ilə Moskva arasında hərbi-texniki sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Əliyev və Gerasimov çərşənbə günü Bakıda keçirilən görüşdə hərbi və hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə ediblər”, - Azərbaycan prezidentinin rəsmi saytı məlumat verir.
Həmsöhbətlıər Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğuladılar. “Görüşdə beynəlxalq səviyyədə mühüm danışıqların mütəmadi olaraq Bakıda aparılmasının əhəmiyyəti qeyd edildi”, - məlumatda vurğulanır.
Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Uolters ilə danışıqlar məqsədilə Bakıda səfərdədir.
Mayın 3-də Uolters Ali Komandan postunu tutub. İyunun 3-də onun Gerasimov ilə telefon danışığı baş tutub. RF Müdafiə Nazirliyinin danışığın yekunları üzrə məlumat verib ki, tərəflər əlaqələri davam etdirməyə dair razılığa gəliblər. **
F.İsazadə