Fransa Azərbaycanla ASK və turizm sahələrində münasibətlərin inkişafında potensialın olduğunu qeyd edir. Bunu Fransa Sahibkarlar Təşkilatı (MEDEF) Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö deyib.
“Azərbaycan və Fransa Total şirkəti sayəsində ənənəvi olaraq energetika sahəsində fəal əməkdaşlıq edir. Lakin bizim kənd təsərrüfatı və turizm sahələrində böyük potensialımız var. Bunda başqa, sizə çox sayda ən yeni texnologiyalar təklif edə bilərik”, - Beziö bu gün Bakıda jurnalistlərə bildirib.
O, həmçinin Fransa şirkətlərinin Azərbaycanda aktiv fəaliyyətini qeyd edərək, onlar üçün ölkədə yaradılan şəraiti yüksək dəyərləndirib. **
Ə.Məmmədov