Brexit Bakı ilə London arasında hərbi sahədə münasibətləri genişləndirməyə imkan yaradacaq. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə belə hesab edir.
“Böyük Britaniya Avropa İttifaqından çıxması Bakı ilə London arasında əlaqələrin inkişafına mənfi təsir etməyəcək. Əksinə, iki ölkə arasında münasibətlər hərbi sahədə daha da genişlənəcək”, - Tağızadə Azərbaycanın CBC telekanalına müsahibəsində bildirib.
“Təhlükəsizlik sahəsində münasibətlər, hərbi-texniki məsələlər münasibətlər quran dövlətlərin paytaxtlarında çox incə yanaşma tələb edir ”, - səfir əlavə edib.
Tağızadə vurğulayıb ki, Böyük Britaniyanın rəsmi mövqeyi beynəlxalq səviyyədə tanınmış çərçivədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanınmasıdır. “Maraqlısı budur ki, Britaniyanın rəsmi bəyanatlarında söhbət çox vaxt digər dövlətlərdə rast gəlinən beynəlxalq hüquqa dair daha çox qeyri-müəyyən formuldan deyil, məhz bu formuldan gedir”, - diplomat qeyd edib.
Səfir bildirib ki, Böyük Britaniyada turizm sahəsində Azərbaycanla əməkdaşlığa maraq artır. **
F.İsazadə