“Ernst & Young” şirkətinin Azərbaycandakı nümayəndəliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan”a KOBİA-dan məlumat verilib.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Ernst & Young” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri İlqar Vəliyev imzalayıblar.
Memorandum kiçik və orta biznesin inkişafının dəstəklənməsi üçün innovativ təşəbbüslərin həyata keçirilməsi, sahibkarların maarifləndirilməsi, dövlət və özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi, birgə layihələrin reallaşdırılmasını nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində KOB subyektləri üçün təlim, məsləhət, informasiya və digər maarifləndirici xidmətlər göstəriləcək.
Ə.Məmmədov