“Kuwait Airways” şirkəti 2019-cu il avqustun 1-dən Əl-Küveyt–Bakı marşrutu üzrə reyslərin yerinə yetirilməsinə başlayacaq.
Reyslər həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.
Uçuşlar “Airbus A320-100/200” təyyarələri ilə həyata keçiriləcək. Uçuş 2 saat 40 dəqiqə davam edəcək.
Küveyt beynəlxalq aeroportundan təyyarə yerli vaxtla saat 10:10-da qalxacaq və Bakı vaxtı ilə saat 13:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək.
Geriyə uçuş Bakı vaxtı ilə saat 14:40-da başlayacaq və Küveyt aeroportunda saat 16:20-də yekunlaşacaq. **
N.Abbasova