Sentyabr ayında Fransa SenatınınFransa-Qafqaz dostluq qrupunun nümayəndələri Azərbaycana səfər edəcəklər. Bu barədə Fransanın Bakıdakı səfiri Aureliya Buşez məlumat verib.
“Cari ilin sentyabr ayında Fransa-Qafqaz dostluq qrupu Azərbaycana səfər edəcək”, - səfir cümə günü Fransanın Müstəqillik Günü münasibətilə qəbulda bildirib.
Buşez Bakı ilə Paris arasında siyasi dialoqun mövcudluğunu qeyd edib. “O cümlədən, Xəzər regionunda sabitliyə Azərbaycanın mühüm töhfəsini, çoxvektorlu siyasəti və irimiqyaslı layihələrin reallaşdırılmasını qeyd etmək istərdim”, - səfir vurğulayıb.
O əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinə sadiqdir.
Buşez vurğulayıb ki, son 2 il ərzində Fransada təhsil alan Azərbaycan tələbələrinin sayı iki dəfə artıb. **
F.İsazadə