Rusiyanın Bakıdakı səfirliyinin məlumatına görə, Azərbaycanın şimal-qərbində Şəki Xan Sarayı qarşısında 500 yaşı olan cinarın budağının qırılması nəticəsində iki rusiyalı vətəndaş xəsarət alıb.
“Bu gün Şəki Xan Sarayı qarşısında ağacın budağının qırılmasıl nəticəsində 19 nəfər xəsarət alıb. Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə, onlardan iki nəfəri Rusiya vətəndaşıdır, onlara tibbi yardım göstərilib”, - səfirliyin Twitter səhifəsində deyilir.
Xəsarət alan rusiyalılar ilə bağlı vəziyyət səfirliyin nəzarətindədir.
Xəbər verildiyi kimi, bazar günü saat 12 radələrində Şəki Xan Sarayı qarşısında 500 yaşı olan cinarın budağı qırılaraq orada olanların üzərinə düşüb. Budağın diametri – 50 sm təşkil edir. 7 əcnəbi daxil olmaqla, 19 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, iki Rusiya vətəndaşı xəsarət alıb.
Xəsarət alan 4 nəfər helikopter ilə Bakıya gəıtirilib.
Azərbaycan prezidenti Şəki Xan Sarayında baş vermiş hadisəni xüsusi nəzarətə götürüb. **
Ə.Məmmədov