Azərbaycanın şimal-qərbində Şəki Xan Sarayı qarşısında 500 yaşı olan cinarın budağının qırılması nəticəsində xəsarət alan 19 nəfərdən 13-ü yardım göstərildikdən sonra evə buraxılıb. Bu barədə Şəki Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov jurnalistlərə məlumat verib.
“13 nəfərə tibbi yardım göstəriləndən sonra evə buraxılıb. Daha 4 nəfər xəsarəıt alan şəxs Bakıya göndərilib. İki nəfərin Şəki Rayon Mərkəzi Xəstəxanasında müalicəsi davam edir. Onların həyatı üçün təhlükə yoxdur”, - Həsənov bildirib.
Onun sözlərinə görə, hadisəınin baş verdiyi ərazi bazar ertəsi səhər təmizlənəcək.
Xəbər verildiyi kimi, bazar günü saat 12 radələrində Şəki Xan Sarayı qarşısında 500 yaşı olan cinarın budağı qırılaraq orada olanların üzərinə düşüb. Budağın diametri – 50 sm təşkil edir. 7 əcnəbi daxil olmaqla, 19 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, iki Rusiya vətəndaşı xəsarət alıb.
Azərbaycan prezidenti Şəki Xan Sarayında baş vermiş hadisəni xüsusi nəzarətə götürüb. **
Ə.Məmmədov