2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda ÜDM 2,4% (2018-ci ilin yanvar-iyun aylarında artım 1,3%) artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-iyun ayları ərzində ÜDM-nin nominal həcmi 37 mlrd. 825,2 mln. manat təşkil edib.
Bu dövrdə ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 3,828 manat təşkil edib.
DSK-nın məlumatına görə, 2019-cu ilin yanvar-aprel aylarında ÜDM-in 44,6%-i sənayenin payına düşüb. ÜDM-də vergilərin payı 9% təşkil edib.
Statistik məlumatlara görə, hesabat dövründə tikinti istisna olmaqla bütün sahələrdə artım qeydə alınıb (azalma 11,2%) Azərbaycan hökuməti 2019-cu ildə ÜDM-nin 3,2% artacağını proqnozlaşdırır.
2018-ci ildə Azərbaycanda ÜDM 1,4% artıb.**
N.Abbasova