Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-a işgüzar səfərə gedib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə komitədən məlumat verilib.
"M.Qurbanlının başçılıq etdiyi nümayəndə heyəti iyulun 16-18-də Vaşinqtonda keçiriləcəkDin Azadlığının İrəlilədilməsi üzrə 2-ci Nazirlər Konfransında iştirak edəcək”, - deyə məlumatda bildirilir.
Konfrans çərçivəsində “Azərbaycan – dini tolerantlıq modeli” mövzusuna həsr olunan "dəyirmi masa" təşkil ediləcək.
Konfransda ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun da iştirakı gözlənilir.*
F.İsazadə