Britaniyanın "Anglo Asian Mining" şirkəti (ААМ – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator – İF-Az) 2019-cu ilin birinci yarısında 39,905 min unsiya qızıl ekvivalentində qiymətli metal hasil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 7% çoxdur. Bu barədə şirkətin məlumatında deyilir.
Şirkətin məlumatına görə, bu ilin birinci yarısında “Anglo Asian Mining plc” tərəfindən 34,394 min unsiya qızıl (2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 3,4%), 963 ton mis (artım 64,1%), 84,586 min unsiya gümüş (azalma 0,3%) hasil olunub.
Həmçinin hesabat dövrüdə şirkət tərəfindən 5,408 min ton mis konsentratı istehsalı olunub (artım 2,2 dəfə).
“2019-cu ilin birinci yarısında Gədəbəy yatağından 31,62 min unsiya qızıl hasil olunub (artım 1,1%). Bu həcmdən 26,588 min unsiya qızıl (artım 3,1%) dünya bazarlarında satılıb. Bir unsiyanın orta qiyməti $1,319 min təşkil edib”, - məlumatda vurğulanır.
Həmçinin şirkət cari ilin birinci yarısında $7,431 məbləğində 4,286 min ton mis konsentratı satıb).
Xəbər verildiyi kimi, PSA tipli müqavilə 1997-ci il avqustun 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51% “Anglo Asian Mining PLc” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə əsasən bu yataqlardan 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 min ton mis çıxarılması nəzərdə tutulur.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb.“Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında isə şirkət “Qədir” yatağında, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağında qızıl hasilatına başlayıb.**
N.Abbasova