“Azərişıq” ASC MP 106 markalı 1 fazalı Smart kart tipli sayğacların satın alınmasına 5,1 mln. manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, “Azərişıq” ASC MP 106 markalı 1 fazalı Smart kart tipli sayğacların satın alınması məqsədilə “Sensemi DMCC OF DUBAİ “ şirkəti ilə müqavilə bağlayıb.
Müqavilənin dəyəri 5,1 mln. manatdır (cari məzənnə ilə $3 mln. - İF).
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
N.Abbasova