Bu gün səhər saatlarında Sabirabad şəhərində yerləşən mərkəzi bazarda baş vermiş güclü yanğın nəticəsində bazarın ərazisində iki mağaza və piştaxtalar 1300 m2sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Yanğın saat 06:30 radələrində bazardakı mağazalardan birində başlayıb. Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin 11 texnikası cəlb edilib.
“Yanğın yerli vaxtla saat 08:02-də söndürülüb. Bazarın ərazisində bir-birinə bitişik mağazalar yanıb. Yanğın nəticəsində 2 mağaza və piştaxtalar yararsız hala düşüb”, - deyə məlumatda qeyd olunur.*