2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan 15 mln. 833,151 min ton bəyan edilmiş neft ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Cari ilin yanvar-iyun aylarında Azərbaycandan ixrac olunmuş $7 mlrd. 671 mln. 234,27 min dəyərində neftin bəyan edilmiş həcmi 15 mln. 833,151 min ton təşkil edib”, - deyə məlumatda bildirilir.
2018-ci ilin yanvar-iyun aylarında ixrac edilmiş $6 mlrd. 945 mln. 438,31 min dəyərində neftin bəyan edilmiş həcmi 13 mln. 564,784 min ton təşkil edib. Beləliklə, 2019-cu ilin hesabat dövründə neft ixracı miqdar ifadəsində 16,7%, dəyər ifadəsində 10,4% artıb.
2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan $1 mlrd. 47 mln. 680,8 min dəyərində 5 mlrd. 664 mln. 611,71 min kubmetr bəyan edilmiş qaz ixrac edib.
2018-ci ilin yanvar-iyun aylarında ixrac edilmiş $570 mln. 337,12 min dəyərində qazın bəyan edilmiş həcmi 3 mlrd. 101 mln. 25,02 min kubmetr təşkil edib. Beləliklə, 2019-cu ilin hesabat dövründə qaz ixracı miqdar ifadəsində 82,7%, dəyər ifadəsində 83,7% artıb.
2018-ci ildə Azərbaycandan ixrac olunmuş $15 mlrd. 719 mln. 482,37 min dəyərində neftin bəyan edilmiş həcmi 29 mln. 498,337 min ton, $1 mlrd. 499 mln. 385,84 min dəyərində qazın bəyan edilmiş həcmi 7 mlrd. 900 mln. 12,99 min kubmetr təşkil edib.*
N.Abbasova