2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $1 mlrd. 381 mln. 524,36 min təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 21,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,13%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
"Yanvar-iyun aylarında Azərbaycan Rusiyaya $377 mln. 454,86 min dəyərində (artım 8,1%) məhsul ixrac edib. Bütövlükdə, bu dövrdə Azərbaycandan ixracın 3,78%-i Rusiyanın payına düşüb”, - deyə məlumatda bildirilir.
I yarımillikdə Rusiyadan Azərbaycana idxalın həcmi $1 mlrd. 4 mln. 69,5 min (artım 27,4%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 14,31% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $626 mln. 614,64 min təşkil edib.
2018-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 mlrd. 550 mln. 906,07 min təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 19,1% çoxdur. Ötən il Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,25%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.*
N.Abbasova