2018-ci ilin yekunları üzrə Azərbaycan və Əfqanıstan arasında ticarət dövriyyəsi 37%, 2019-cu ilin yanvar-may aylarında isə 15% artıb. Bu barədə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov məlumat verib.
"Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 37% artaraq $71,5 mln.-a çatıb. Cari ilin yanvar-may aylarında isə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% artıb", - deyə o, bu gün Bakıda keçirilən Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə birgə İşçi Qrupunun birinci iclasında bildirib.
S.Məmmədov qeyd edib ki, Azərbaycan və Əfqanıstan arasında xüsusilə tikinti, nəqliyyat, sənaye, tranzit yük daşımaları sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensial var.
"Xüsusilə Lapis-Lazuli nəqliyyat dəhlizini qeyd etmək istərdim. Əfqanıstan artıq bu dəhlizlə ilk mərmər yükünü göndərib", - deyə nazir müavini vurğulayıb.*
Ə.Məmmədov