Əfqanıstan Azərbaycandan sərmayə qoyuluşlarına və birgə müəssisələrin yaradılmasına ümid edir.
"Əfqanıstan xarici investorlar üçün yaxşı şərait yaradır və biz azərbaycanlı iş adamlarını Əfqanıstana sərmayə qoymağa dəvət edirik", - deyə Əfqanıstanın maliyyə naziri Məhəmməd Humayun Qayumi bu gün Bakıda keçirilən Azərbaycan-Əfqanıstan birgə İşçi Qrupunun birinci iclasında bildirib.
Onun sözlərinə görə, Əfqanıstan tərəfi Azərbaycan ilə müxtəlif sahələrdə birgə müəssisələrin yaradılması və hər iki ölkənin özəl sektorları arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
"Bununla yanaşı, ölkələrimiz arasında ticarət dövriyyəsinin genişləndirilməsi zəruridir, çünki onun səviyyəsi potensialdan aşağıdır", - deyə maliyyə naziri əlavə edib.*
Ə.Məmmədov