“Günəşli” yatağındakı dərin dəniz özülündə baş vermiş bədbəxt hadisə nəticəsində SOCAR-ın əməkdaşı vəfat edib. Bu barədə şirkətin məlumatında deyilir.
“İyulun 15-də saat 18:50 radələrində “Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündə Elmi təhqiqat işləri istehsalat sahəsinin operatoru, 1980-ci il təvəllüdlü Seymur Vəlixanov hamamda yıxıldığı vəziyyətdə aşkar edilmiş və vəfat etdiyi müəyyənləşdirilmişdir”, - deyə məlumatda bildirilir.
İlkin rəyə əsasən, ölüm hadisəsinə baş nahiyyəsinin xəsarəti və beyinə qan sızması səbəb olub.
Hadisənin baş vermə səbəbləri “Azneft” İstehsalat Birliyinin baş direktorunun əmri ilə yaradılmış müvafiq komissiya tərəfindən yerində araşdırılır.
“Hadisə ilə bağlı əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova