Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) Kalininqrad vilayəti üzrə İdarəsinin vəzifəli şəxsləri tərəfindən “Sirius” müvəqqəti saxlanc anbarında Azərbaycandan gətirilmiş 18,15 ton pomidor partiyasına fitosanitar nəzarət həyata keçirilib.
"Pomidorlara baxış zamanı təhlükəli karantin obyekti olan Cənubi Amerika pomidor güvəsi aşkar edilib. Karantin zərərvericisinin Rusiya Federasiyası ərazisində yayılmasının qarşısını almaq üçün 18,15 ton pomidor zərərsizləşdirilməyə göndərilib", - deyə məlumatda qeyd olunur.*
A.Əzizov