2019-cu ilin I yarısında Azərbaycan gömrük bəyannamələrinə əsasən 520,997 min ton neft məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Bu ilin I yarısında Azərbaycandan $261,182 mln. dəyərində 520,997 min ton neft məhsulları ixrac olunub”, - deyə məlumatda bildirilir.
2018-ci ilin I yarısında $282,794 mln. dəyərində 548,024 min ton neft məhsulları ixrac edilib. Beləliklə, cari ilin yanvar-iyun aylarında ixracın həcmi miqdar ifadəsində 4,9%, dəyər ifadəsində 7,6% azalıb.
Ötən il Azərbaycandan $520,6 mln. dəyərində 1 mln. 15,118 min ton neft məhsulları ixrac olunub.*
N.Abbasova