İqtisadiyyat Nazirliyi Ümumrusiya Sərgi Mərkəzi ərazisindəki Azərbaycan sərgi-ticarət mərkəzində əlavə təmir-bərpa işlərinin həyata keçirilməsinə 1,8 mln. manat ($1 mln. 58,823 min) yönəldəcək.
www.tender.gov.az saytında verilən məlumata görə, «Adamant» şirkəti ilə müvafiq müqavilə imzalanıb.
“Adamant” - Rusiyanın ən böyük çoxprofilli holdinqlərindən biri, Sankt-Peterburqda daşınmaz əmlak bazarının lideri və regionda müasir ticarət və əyləncə komplekslərinin faktiki yaradıcısıdır. Holdinqin strukturuna onlarla istehsal və tikinti şirkəti, ticarət, tibb, reklam təşkilatları, otellər, restoranlar və müxtəlif biznes sahələrində fəaliyyət göstərən digər müəssisələr daxildir.
Daha əvvəl prezident İlham Əliyev bildirmişdi ki, Ümumrusiya Sərgi Mərkəzi ərazisində Azərbaycan pavilyonu 2019-cu ildə açılacaq.
14 nömrəli pavilyon (“Azərbaycan SSR” pavilyonu) 1939-cu ildə memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsi əsasında inşa edilib.*
N.Abbasova