Məcburi Köçkünlərin Sosial Inkişaf Fondu (MKSİF) 575 ailə üçün yeni yaşayış məhəllələrinin layihələndirilməsi üzrə işlərə 536 min 307,11 manat yönəldəcək.
www.tender.gov.az saytında verilən məlumata görə, fond "SS. Proje" MMC ilə Şəmkir rayonu ərazisində müvəqqəti məskunlaşmış 375 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin layihələndirilməsi haqqında müqavilə bağlayıb.
Müqavilənin dəyəri 289 min 385,44 manatdır.
Bundan başqa, MKSİF «Bakı Torpaq» MMC ilə Samux rayonu ərazisində müvəqqəti məskunlaşmış 200 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin layihələndirilməsi haqqında müqavilə bağlayıb.
Müqavilənin dəyəri 246 min 921,67 manatdır.*
N.Abbasova