2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda 1 min 719,1 kq gümüş hasil olunub ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 20,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İyunda ölkədə 354,2 kq gümüş hasil olunub.
1 iyul 2019-cu il tarixinə istehsalçı şirkətlərin anbarlarında hasil olunan gümüşün ehtiyat həcmi 629,2 kq təşkil edir.
2018-ci ildə Azərbaycanda 2 min 671,1 kq gümüş hasil olunub ki, bu da 2017-ci ilin göstəricisindən 3,8 dəfə çoxdur.
Hökumətin proqnozlarına görə, 2019-cu ildə ölkədə gümüş hasilatı 2,1 ton həcmində gözlənilir.
Hazırda Azərbaycanda gümüş hasilatı 2 şirkət tərəfindən həyata keçirilir. Xüsusilə Azərbaycan 1997-ci il avqust ayının 21-də “Anglo Asian Mining PLC” şirkəti ilə müqavilə imzalayıb.
Bundan başqa, Azərbaycan prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC də hasilatla məşğul olur.*
Ə.Məmmədov