2019-cu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin kəsiri 545,5 mln. manat və ya hesabat dövründə ÜDM-nin 1,4%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 10 mlrd. 405,5 mln. manat (ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 5,5%), xərcləri 10 mlrd. 951 mln. manat (artım 15%) təşkil edib.
I yarımillikdə Azərbaycan üzrə ÜDM-nin nominal həcmi 37 mlrd. 825,2 mln. manat təşkil edib.
2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 23 mlrd. 168 mln. manat, xərcləri üzrə 25 mlrd. 190 mln. manat təşkil edir. Cari ildə dövlət büdcəsinin kəsiri 2 mlrd. 22 mln. manat və ya ÜDM-nin 2,5%-i səviyyəsində proqnozlaşdırılır.*
Ə.Məmmədov