“Dəvəçi Dəyirman” MMC Rusiyanın Saratov vilayətindən Azərbaycana buğda tədarükünü təşkil etmək niyyətindədir. Bu barədə vilayətin Ticarət və Sənaye Palatasının mətbuat xidmətindən məlumat verilib.
“Saratov buğdasının Azərbaycana ixracı imkanları Ticarət və Sənaye Palatasının prezidenti Aleksey Antonov və Saratov vilayəti Dumasının Aqrar məsələlər komitəsinin sədr müavini Oleq Alekseyevin Azərbaycan iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşündə müzakirə olunub.
“Dəvəçi Dəyirman” MMC-nin icraçı direktoru Şahin Şərifov görüşdə bildirib ki, bu şirkət taxıl, toxum və kənd təsərrüfatı heyvanları üçün yemin topdan satışı üzrə ixtisaslaşıb və Saratov vilayətində nümayəndəliyə malikdir.
O, həmçinin, azərbaycanlı iş adamlarının Saratov vilayəti ilə səmərəli əməkdaşlıq üçün bütün imkanları nəzərdən keçirməyə hazır olduqlarını diqqətə çatdırıb.
"Ş.Şərifovun sözlərinə görə, “Dəvəçi-Dəyirman” dəmir yol nəqliyyatı vasitələrinə malik olsa da, region və Azərbaycan arasında müntəzəm hava əlaqəsinin yaradılması tərəfdaşlıq əlaqələrinin qurulmasında həlledici rol oynaya bilər. Alekseyev qeyd edib ki, bu, avqustun 20-də Saratovda Qaqarin hava limanının açılması sayəsində mümkün olacaq”, - deyə məlumatda vurğulanır.
“Dәvәçi-Dәyirman” MMC 17 fevral 1995-ci il tarixindә Şabran şəhərində tәsis edilib. Şirkətin istehsal etdiyi un vә kәpәk İran, Gürcüstan, Türkiyә və Rusiyaya ixrac olunur. Şirkətdə 56 nəfər çalışır.*
N.Abbasova