2019-cu ilin I yarısında Azərbaycan əhalisinin nominal pul gəlirləri 27 mlrd. 355,8 mln. manat təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 6,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Yanvar-iyun aylarında Azərbaycanda orta illik inflyasiya 2,5% təşkil edib.
Statistik məlumatlara görə, cari ilin yanvar-iyun aylarında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 5,7% - 2,769 min manatadək artıb.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 25 mlrd. 131,5 mln. manat qalır ki, bu da 2018-ci ilin yanvar-iyun aylarının göstəricisindən 6,7% çoxdur.
2018-ci ildə əhalinin nominal pul gəlirləri 9,2% artıb.*
Ə.Məmmədov