2019-cu ilin I yarısında Azərbaycanda neft məhsullarının istehsalı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5% - 1 mlrd. 535,6 mln. manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 151,8 min ton (artım 30,3%) birbaşa qovulan benzin, 1 mln. 67 min ton (artım 5,1%) dizel yanacağı, 57,8 min ton (artım 73,6%) soba mazutu istehsal olunub.
Yanvar-may aylarında avtomobil benzini istehsalı 1,2% - 607,2 min tonadək, ağ neft istehsalı 1,2% - 300,3 min tonadək, sürtkü yağı istehsalı 64,2% - 9,6 min tonadək, neft bitumu istehsalı 29,4% - 98 min tonadək, neft koksu istehsalı 8,9% – 446,9 min tonadək azalıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.*
N.Abbasova