Çinin Azərbaycandakı yeni səfiri Qo Min iyulun 18-də Bakıya gələcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
"Xanım Min sabah Bakıya gələcək. Diplomat yaxın vaxtlarda etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edəcək", - deyə mənbə qeyd edib.
O, Çinin Azərbaycandakı səfiri postunda Vey Cinhuanı əvəz edəcək.
Q.Min son 4 il ərzində Çinin Sankt-Peterburqdakı baş konsulu vəzifəsində çalışıb. Bütövlükdə, diplomat 16 il ərzində Çini Rusiyada müxtəlif vəzifələrdə təmsil edib.*
F.İsazadə