Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu «Kapitel» MMC-ni Bakının Qaradağ rayonu ərazisində zəruri texniki infrastrukturu olan yeni yaşayış binalarının layihələndirilməsi prosesinə cəlb edib.
www.tender.gov.az saytında verilən məlumata görə, binalar Qaradağ rayonunda müvəqqəti məskunlaşmış 180 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub.
Layihələndirmə işlərinin dəyəri 118 min 895,62 manatdır.*
F.İsazadə