Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının birgə həyata keçirdiyi monitorinq zamanı Gəncə sakininə məxsus avtomobildə 100 kq istehlaka yararsız ət aşkar olunub.
“Gəncə şəhəri ərazisində Babək Kazımova məxsus avtomobildə 100 kq istehlaka yararsız ət aşkar olunub. Avtomobilə baxış zamanı avtomobilin yük yerində 1 baş iribuynuzlu heyvan cəmdəyiaşkarlanıb. İlkin baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqonoleptik göstəricilərinə görə, ətin qansızlaşdırılmasının düzgün aparılmadığı müəyyən edilib”, - deyə məlumatda bildirilir.
İnsan istehlakı üçün istifadəyə yararsız, mənşəyi məlum olmayan ətin ölmüş heyvana məxsus olduğu ehtimal edilərək ondan nümunələr götürülüb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb.*
F.İsazadə