Mədəniyyət Nazirliyi maşın və avadanlıqların satın alınmasına 1 mln. 343,430 min manat yönəldəcək.
www.tender.gov.az saytında verilən məlumata görə, nazirlik «Inpeks.N» MMC ilə avadanlıqların satın alınması haqqında 516,25 min manat dəyərində müqavilə bağlayıb.
Bundan başqa, Mədəniyyət Nazirliyi və «Inpeks.N» MMC arasında maşın və avadanlıqların satın alınması haqqında daha bir müqavilə bağlanılıb. Müqavilənin dəyəri 827,18 min manatdır.*
F.İsazadə