İranın Azərbaycandakı səfirliyi Tehran və İrəvan arasında hərbi-texniki sahədə əməkdaşlıqla bağlı məlumatı təkzib edib.
“Müxtəlif xəbər portallarında İranın Ermənistanla birgə hərbi əməkdaşlığa başlaması ilə bağlı yayılan məlumatlar əsassızdır və səfirlik bu məlumatları təkzib edir”, - deyə səfirlikdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Diplomatik nümayəndəlikdə dost və qonşu ölkə olan İran və Azərbaycan arasında inkişafda olan əməkdaşlığın önəmini vurğulayıblar.
“İran Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Eyni zamanda, İran regional sülh və sabitliyə xələl gətirə biləcək hər hansı bir addımı pisləyir”, -deyə səfirlikdən qeyd ediblər.*
F.İsazadə