Regionlarda qazlaşdırılma tədbirlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 53,5 mln. manat vəsait ayrılıb. Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin məlumatında deyilir.
“Bu il “Azəriqaz” İstehsalat Birliyi respublikanın 38 inzibati rayonunda qazlaşdırılma işlərinə başlayıb. Cari ildə regionlarda 58 yaşayış məntəqəsinin, 27 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Bu tədbirlərin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən SOCAR-a 53,5 mln. manat vəsait ayrılıb”, - deyə məlumatda qeyd olunur.
Ağcabədi, Ağsu, Beyləqan, Gədəbəy və İsmayıllı rayonlarının 14 kəndində mart-iyul aylarında qazlaşdırma tam başa çatıb və ümumilikdə 2,569 min fərdi ev qazla təmin edilib.*
N.Abbasova