«Antaris» MMC ilə “BakuBus” MMC-nin işçilərinin xüsusi yay geyim formaları ilə təchiz edilməsi haqqında müqavilə bağlanılıb.
www.tender.gov.az saytında verilən məlumata görə, “Antaris” MMC müqavilə çərçivəsində “BakuBus” MMC-nin inzibati, texniki və təsərrüfat işçilərinə tələb olunan xüsusi yay geyim formalarının təchiz edilməsi xidmətləri göstərəcək. Müqavilənin dəyəri 4 mln. 669,956 min manatdır.
“BakuBus” MMC 2014-cü ilin aprel ayında Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulub. “BakuBus” MMC özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir.*