Bakı Nəqliyyat Agentliyi 21-27 iyul tarixlərində Bakı şəhərində keçiriləcək “XV Avropa Gənclər Yay Olimpiya Festivalı”nın qonaqları və iştirakçılarının daşınması üçün 174 nəqliyyat vasitəsi istifadəyə verməyi plalaşdırır.
“Qonaqlar və idmançıların daşınması məqsədilə “Neopaln” markalı 136 avtobus və “Mercedes Sprinter” markalı 38 miniavtobus istifadəyə veriləcək”, - “İnterfaks-Azərbaycan”a BNA-dan məlumat verilib.
Avropa Gənclər Yay Olimpiya Festivalında 50 Avropa ölkəsindən 14-18 yaş arası 3,6 mindən çox gənc idmançı və texniki nümayəndənin iştirakı gözlənilir. heyəti gələcək. Festival çərçivəsində 12 idman obyektində idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışları keçiriləcək. Tədbirə 2,5 mindən çox könüllü cəlb olunacaq. **
F.İsazadə