2019-cu ilin yanvar-iyun aylarında Gürcüstanla Rusiya arasında ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 4,3% artaraq $677,8 mln.-a çatıb. Bu barədə cümə günü Gürcüstanın Milli Statistika Xidməti məlumat verir.
O cümlədən, Azərbaycan (8,5%), Çin (8,1%), Ukrayna (5,1%), Ermənisatn (4,6%), ABŞ (4,5%), Almaniya (4%), Bolqarıstan (3,5%), Rumıniya (3,4%) respublikanın əsas ticarət tərəfdaşlarının olnluğuna daxildir.
Cari ilin yanvar-iyun aylarında Gürcüstan 134 ölkə ilə ixrac-idxal əməliyyatları həyata keçirib. MDB ölkələri ilə respublikanın ticarət dövriyyəsi 0,5% - $2 mlrd. 32,9 mln.-a qədər (bütün xarici ticarət dövriyyəsinin 34,1%-i), Aİ-ə üzv ölkələrlə - 4,6% - $1 mlrd. 511,8 mln.-a qədər (25,3%) azalıb.
2019-cu ilin yanvar-iyun aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 0,6% - $5 mlrd. 968,3 mln.-a qədər azalıb. İxracın həcmi $1 mlrd. 775,4 mln. (аrtım 11,5%), idxal - $4 mlrd. 192,9 mln. (аzalma 4,9%) təşkil edib. **