2019-cu ilin I yarısında Azərbaycanın kimya müəssisələri kimya məhsullarının istehsal həcmini 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 30,4% artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə respublikada 534,5 mln. manat dəyərində kimya, əczaçılıq məhsulları, rezin və plastik kütlə məmulatları istehsal olunub. Bununla belə, cari ilin yanvar-iyun aylarında kimya məhsullarının istehsal həcmi 30,4%, əczaçılıq məhsullarının istehsalı 5,7%, rezin və plastik kütlə məmulatlarının istehsalı 30,8% artıb”, - deyə məlumatda bildirilir.
I yarımillikdə yod istehsalında 7,5% - 94,2 tonadək, propilen istehsalında 57% - 52,5 min tonadək, polietilen istehsalında 1,2% - 59,2 min tonadək, etilen istehsalında 18,7% - 71,5 min tonadək, metanol istehsalında 5 dəfə - 188,7 min tonadək artım qeydə alınıb.
Bundan başqa, lak-boya materiallarının istehsal həcmi 86,8% - 11 min 76,7 tonadək, digər üzvi həlledici və təmizləyicilərin istehsalı 50,8% - 11 min 377,4 tonadək artıb.
Hesabat dövründə azot istehsalı 6,8% - 11 mln. 359,1 min kubmetrədək, oksigen istehsalı 32,2% - 1 min 749,6 tonadək azalıb.*
N.Abbasova