2019-cu ilin yanvar-may aylarında Azərbaycana kondisioner idxalı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 1,9 dəfə - 94,238 min ədədə qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $22 mln. 361,9 min məbləğində (artım 1,8 dəfə) qiymətləndirilir.
Yanvar-may aylarında Azərbaycana $29 mln. 743,2 min dəyərində (artım 25,9%) 195,3 min ədəd (artım 42%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 1,1% - 72,153 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $14 mln. 522,8 min (artım 13,8%) təşkil edir.*
N.Abbasova