Prezident İlham Əliyev cümə günü “Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında qrant yardımına dair” Çərçivə Sazişini təsdiq edib.
Saziş 2019-cu il yanvarın 11-də Bakı şəhərində imzalanıb.
Bundan əlavə, Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında 2019-cu il mayın 1-də Bakı şəhərində imzalanmış Sazişi təsdiq edib. Sənəddə iki ölkə arasında iqtisadi, ticarət və texniki əməkdaşlığın genişləndirilməsi məqsədilə Birgə Komissiyanın yaradılması, kiçik və orta şirkətlər arasında əməkdaşlığın, hər iki ölkədə keçirilən beynəlxalq sərgi və yarmarkalarda iştirakın təşviqi, investisiya sahəsində təcrübə mübadiləsinin təşkili və sair məsələlər nəzərdə tutulur.
Müvafiq sənədlər cümə günü Azərbaycan prezidentinin rəsmi saytında dərc olunub. **
F.İsazadə