Prezident İlham Əliyev iyulun 19-da İlqar Əliyevin Ağstafa Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Xocavənd Rayon Məhkəməsinin hakimi və sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Tərtər Rayon Məhkəməsinin hakimi Mübariz Məmmədovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Bundan başqa, İ.Əliyev Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Yaşar Həşimovu Füzuli Rayon Məhkəməsinin hakimi, Quba Rayon Məhkəməsinin hakimi Zamin Tahirovu isə Balakən Rayon Məhkəməsinin hakimi təyin edib.*
F.İsazadə